Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb  

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb  

Maraqlı

27 Sentyabr 2021 10:45 820


Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Bu gün muxtar respublikada Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilir.

Yenisabah.az xəbər verir ki, şəhidlərimizin əziz xatirəsi Naxçıvan şəhər Came və Kazım Qara Bəkir məscidində, Babək rayon Nehrəm qəsəbə məscidində, Ordubad rayon Anaqut kənd Allahşükür məscidində, Culfa rayon Əbrəqunus kənd məscidində, Şahbuz rayon məscidində, Kəngərli rayon Qıvraq qəsəbə məscidində, Şərur rayon Şərur şəhər məscidində  yad edilib.

Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, dini ayinlər icra olunub, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!