Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi texniki bazasının gücləndirilməsi məqsədilə " Kia Sportage " markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib.
Həmin avtomobillər artıq müvafiq qurumların istifadəsinə verilib. Dominos pizza
Telegram kanalımız