Naxçıvan sakinlərinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə işıq olmayacaq

Sosial

17 Sentyabr 2024 19:59 295


Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 18:00-dan 19:00-a qədər 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan 10 kilovoltluq elektrik verilişi xəttində təmir işləri aparılacaq. Dominos pizza

Qeyd edilib ki, təmir işləri ilə əlaqədar Nəsirəddin Tusi küçəsində, Saat Meydanı Turistik İstirahət Mərkəzi, "Grand" Hotel, Maliyyə Nazirliyi, Naxçıvan Şəhər Polis İdarəsi, Qaz İstismar İdarəsi və Fövqəladə Hallar Nazirliyinin inzibati binalarında elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!