Naxçıvanda antik dövrə aid qəbir abidəsi və keramika nümunələri aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda antik dövrə aid qəbir abidəsi və keramika nümunələri aşkarlandı

Rəsmi

04 İyul 2023 19:14 2403


Naxçıvanda Tumbultəpə yaşayış yerində arxeoloji qazıntı aparılır.

Yenisabah.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Tumbultəpə qədim yaşayış yerində tədqiqatlara başlayıb. Aparılan araşdırmalar nəticəsində burada antik dövrə aid qəbir abidəsi və keramika nümunələri aşkar olunub.

Arxeoloji ekspedisiyanın rəhbəri professor Vəli Baxşəliyev bildirib ki, bu yaşayış yeri ilk dəfə 2017-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınıb və burada enolit dövrünə aid keramika nümunələri üzə çıxarılıb: "Hazırda aparılan araşdırmalar göstərir ki, Tumbultəpə yaşayış yeri çoxtəbəqəli abidədir. Ola bilsin ki, burada eneolit və neolit dövrlərinə aid maddi mədəniyyət nümunələri də aşkar olunsun". Dördpendirli pizza

Qeyd edək ki, hələlik təpənin yalnız üst qismi qazılıb və bu qədim yaşayış yerində genişmiqyaslı tədqiqat işlərinin aparılması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!