Naxçıvanda böyük etiraz: Sahibkarlar buna görə dükanlarını bağladı –   VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda böyük etiraz: Sahibkarlar buna görə dükanlarını bağladı – VİDEO 

Hadisə

29 Yanvar 2026 09:08 3330


Naxçıvanın “57-nin bazarı”nda heç bir dükan açılmayıb.

“Yeni Sabah” xəbər verir ki, Heydər Oğuz sahibkarların aylıq ödənişlərin artırılmasına etiraz olaraq tətil elan etdiklərini bildirib.

İddialara görə, əvvəl 300 manat olan ödənişə vergi və sosial müdafiə haqları daxil idi. Yeni qaydaya əsasən, 300 manat yalnız kirayə sayılsa da, vergi (60 manat) və sosial ödənişlər (16 manat) ayrıca tələb olunur. Nəticədə sahibkarların aylıq xərci təxminən 100 manat artıb. pizza hut

Şikayətlərini Ali Məclisə çatdırsalar da, dinlənilmədiklərini bildirən sahibkarlar əlavə ödənişlər ləğv olunana qədər dükanları açmamağa qərar veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rəşad
    QARDAŞ DÜZ EDİRLƏR ! ƏVVAM MİLLƏT DÜKAN ADI İLƏ QUŞ DAMINA AYDA BİR TON PUL VERDİYİ BƏS DEYİL , HƏR BİR DÜKANI 15 -20 MİNƏ SIRIYIBLAR ! YEYƏ BİLMƏYƏNİN ÇÖRƏYİN YEYƏRLƏR . HƏRƏSİ BİR NEÇƏ AY , AYDA 100 MANATI BİR YERƏ YIĞIB BUNANDA BÖYÜK VƏ GENİŞ ÖZLƏRİNƏ BAZAR DÜZƏIDƏRDİLƏR . BELƏDƏKİ İNDİ HAMI TEMUDAN , MEMUDAN MAL VURUR . BAZARDANDA QƏŞƏNG VƏ UCUZ . BAZARDA SATILANLARIN 99 ?İZİ ÇİNİN ƏN KEYFİYYƏTSİZ UCUZ MALIDIR . AGILLARI VARDISA HƏRƏSİ 5-10 MANAT ÜST -ÜSTƏ QOYSUN ÖZÜNƏ BAZAR AÇSIN .
    4 months ago