Naxçıvanda böyük yaşayış kompleksi inşa olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda böyük yaşayış kompleksi inşa olunacaq

Rəsmi

10 Avqust 2023 23:40 2109


Naxçıvanda böyük yaşayış kompleksi inşa olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Əməkdar rəssam Ülviyyə Həmzəyeva “Facebook” hesabında paylaşım edib.

Bildirilib ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində - Doğum (Perinatal) mərkəzinin yaxınlığındakı 6,6 hektarlıq boş ərzində 21 yaşayış binasından ibarət “Nakhchivan Residence”in - “Naxçıvan yaşayış kompleksi”nin inşası planlaşdırılıb. Dominos pizza

Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5-9 mərtəbəli binalarda 1 100 mənzil inşa ediləcək.

Avropa texnologiyalarına uyğun dizayn edilmiş, şəhərin ən əlverişli yerində və ictimai nəqliyyat yollarına yaxın yaşayış kompleksinin tikintisinin birinci mərhələsi 2 ilə, ikinci mərhələsi isə 4 ilə tamamlanacaq.

Əsası isə, 2023-cü ilin sonuna başlanması nəzərdə tutulan tikinti işlərində 700-dən artıq muxtar respublika sakini çalışacaq.

“Çox güman ki, Nehrəm kərpic zavodu da işlək hala gələr və uzun müddətdir ki, işlərini dayandıran zavod yenidən öz işçilərini yığaraq, əsas tikinti materialının emalına başlayar”, - deyə Ü.Həmzəyeva paylaşımında qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!