Naxçıvanda faciə: Bir ailənin 5 üzvü…

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda faciə: Bir ailənin 5 üzvü…

Kriminal

31 Dekabr 2022 15:35 35855


Bu gün səhər saatlarında Babək rayonunun Cəhri qəsəbəsində iki nəfərin ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Gülşənabad kəndinə gedən yolda körpünün 230 metr yaxınlığında baş verib.

Qəzaya səbəb taksi xidməti göstərən “NAZ Lifan” markalı 75-TA-521 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Babək rayonunun Payız kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Alcəfərovun idarəetməni itirməsi olub. Dördpendirli pizza

Avtomobildə sürücünün öz ailə üzvlərindən ibarət 5 nəfər olub. Onlardan həyat yoldaşı 1969-cu il təvəllüdlü Durna İbrahim qızı Alcəfərova və nəvəsi 2019-cu il təvəllüdlü Ramil İsmayıl oğlu Alcəfərov ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Sürücü isə xəstəxanaya yerləşdirilib. Qəza zamanı onun sol körpücük sümüyü sınıb. Digər sərnişinlər Musa İsmayıl oğlu Alcəfərov və Asim Musa oğlu Alcəfərov isə yüngül xəsarət alıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!