Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt"komandaları arasında keçiriləcək final oyununun başlama saatı dəyişdirilib.
“Yeni Sabah” xəbər verir ki, hər iki klubun Peşəkar Futbol Liqasına müraciəti əsasında bu qərar verilib. Görüşün start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da çalınacaq.
Mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.
Telegram kanalımız