Naxçıvanda kitab bayramı başladı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda kitab bayramı başladı - Foto

Mədəniyyət

13 May 2023 13:18 3026


Naxçıvanda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB Birinci Naxçıvan Kitab Sərgisi açılıb.

Bu barədə Yenisabah.az-a Naxçıvandan olan müstəqil jurnalist Çingiz Özgür məlumat verib. 

O, bildirib ki, sərgi iki gün davam edəcək və oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər: Toyuqlu pizza

“Bu gün Naxçıvanda Naxçıvan Universiteti, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə ANAİB I Naxçıvan Kitab Sərgisi baş tutub. Kitab sərgisi üçün Bakıdan buraya 24-25 nəşriyyat gəlib. 

Naxçıvan universitetinin həyətində, açıq havada stendlər qurulub. Səhər saat 10-da tədbir təşkilatçıları Heydər Əliyevin heykəlini ziyarət etməklə tədbirə start verdilər. Daha sonra universitetin həyətində açılış çıxışları etdilər. Bu gün və sabah gün ərzində oxucularla görüş, kitab təqdimatları, müəlliflərim imza günləri keçiriləcək. 

Rəşad Məcid, Rüstəm Behrudi, Varis Yolçuyev, Xəzər Süleymanlı, Arif Əliyev, Elçin Şıxlı buradadır, Elxan Elatlı gələcək.  Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan "Əsgərlər unudulanda ölürlər" filminin təqdimatı da nəzərdə tutulub.

O cümlədən, axşam saatlarında Naxçıvan Dövlət Teatrının tədbirə gələnlər üçün tamaşası nümayiş olunacaq”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!