Naxçıvanda kombayn sürən qadın

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda kombayn sürən qadın

Rəsmi

17 İyul 2019 18:49 2002


Şahbuz rayonunda taxıl biçinində yeganə qadın mexanizator olan 62 yaşlı Sürəyya Quliyeva da yeni aldığı müasir kombaynla fəal  iştirak edir.

“Yeni Sabah” xəbər verir ki, Nuhçıxan Agentliyinin yazdığına görə, bir neçə gündür start verilən taxıl biçinində  “Naxçıvan Aqrolizinq” ASC-nin Şahbuz rayon bazasına məxsus 2, fiziki şəxsə aid 8 kombayndan istifadə olunur. Taxıl biçini yekunlaşan rayonların texnikaları da Şahbuz rayonuna göndərilir. Biçin əsasən Şahbuzkənd, Türkeş, Sələsüz, Daylaqlı, Mahmudoba kəndlərində və Şahbuz şəhərində aparılır.

Atıq  934  hektar sahədə biçin başa çatıb. Orta məhsuldarlıq 26 sentner təşkil edir. Sezar pizza

Ayrınc kənd sakini olan Sürəyya  Quliyeva 110  hektar sahədə taxıl əkib. Bu il Sürəyya  Quliyevaya “Naxçıvan Aqrolizinq” ASC-i tərəfindən lizinq yolu ilə 1 ədəd kombayn da verilib. O, ailə üzvləri ilə birlikdə həm öz sahəsində, həm də digər torpaq mülkiyyətçilərinin taxıl sahələrində biçin kompaniyasında fəal iştirak edir.    

Qeyd edək ki, muxtar respublikanın yeganə mexanizator qadını  62 yaşlı  Sürəyya Quliyeva ölkə başçısının Sərancamına əsasən “Tərəqqi” medalı  ilə təltif olunub.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!