Naxçıvanda lisey universitetin tabeliyinə verildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda lisey universitetin tabeliyinə verildi

Rəsmi

25 İyun 2023 18:16 1394


Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin cari ildə Naxçıvan Dövlət Universitetinin tabeliyində fəaliyyətinin maliyyələşdirilməsi muxtar respublikanın 2023-cü il büdcəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi üzrə nəzərdə tutulmuş vəsait çərçivəsində davam etdirilir, 2024-cü ildən isə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Elm və Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!