Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

Rəsmi

30 Avqust 2023 19:46 468


Sentyabrın 1-dən 15-dək Naxçıvanda məktəbli yarmarkaları keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Yarmarka Naxçıvan şəhəri Heydə Əliyev prospektindəki Kitab Evində, həmçinin rayon mərkəzlərində hər gün saat 9:00-dan 14:00-dək olmaqla Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə baş tutacaq. pizza mizza

Yarmarkada əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.

“Bütün valideynləri və müəllimləri yaradılmış şəraitdən istifadə etmək üçün yarmarkalara dəvət edirik”, - nazirlikdən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!