Naxçıvanda toy karvanında qaydaları pozan sürücülər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda toy karvanında qaydaları pozan sürücülər saxlanıldı

Hadisə

13 Sentyabr 2025 14:53 285


Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan şəxslər saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki,  "Chevrolet" markalı avtomobilin sürücüsü Daşqın Həsənov, "Jaguar" markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, "Renault" markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və "Kia" markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib. Dördpendirli pizza

Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!