Naxçıvanda toy keçirilən restoranda yanğın olub.
Yenisabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub. Dördpendirli pizza
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmadan söndürülüb.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunublar.
Telegram kanalımız