Naxçıvanda yeni nazir təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yeni nazir təyin olundu

Kriminal

21 May 2025 10:37 1551


Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatına yeni nazir təyin edilib.

Yenisabah.az manset.az-a istinadla xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədov müvafiq əmr imzalayıb.

Rafael Quliyev Naxçıvan MR kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. Dördpendirli pizza

Bu təyinata qədər o, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova idi. O, nazir müavini vəzifəsini icra etməyə davam edəcək.

Təyinatla bağlı sərəncamın yaxın dəqiqələrdə elan olunacağı gözlənilir.

Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində MR rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə iştirak edən Xəyalə Dadaşovanın fəaliyyəti yüksək qiymətləndirilib. Kənd Təsərrüfatı Nazirliyinin müsbət inkişaf dinamikası, artımların olduğu, subsidiyalarla bağlı əvvəlki rəhbərliyin dövründə yaranmış problemlərin aradan qaldırıldığı bildirilib. Belə bir məqamda, birdən-birə quruma yeni kənd təsərrüfatı nazirinin təyin olunması böyük suallar doğurur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!