Naxçıvanın beş kəndində hərbi sursatlar aşkarlandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın beş kəndində hərbi sursatlar aşkarlandı - Video

Hadisə

04 İyun 2024 19:03 426


Naxçıvanın beş kəndində hərbi sursatlar aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Çalxanqala, Təzəkənd, Şahtaxtı və Xok kəndləri ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub. Dördpendirli pizza

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb ediliblər.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların dörd ədəd top mərmisi, bir ədəd minaatanın minası və bir ədəd qumbaraatan mərmisinin hissəsi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!