“Naxçıvanın muxtar respublika statusunun ləğv edilməsi zəruridir...” 

saytların hazırlanması

Evə çatdırılma

“Naxçıvanın muxtar respublika statusunun ləğv edilməsi zəruridir...” 

Siyasət

08 Yanvar 2023 08:09 983


“Hesab edirəm ki, əslində Azərbaycan Respublikası unitar dövlət olduğundan onun tərkibində başqa bir respublikanın olması düzgün hal deyil”. 

Bunu Moderator.az-a açıqlamasında Naxçıvan Muxtar Respublikasının statusunun ləğv edilməsi ilə bağlı söz-söhbətlərə münasibət bildirərkən sabiq baş prokuror Əli Ömərov bildirib. 

“Unitar dövlətdə idarəçilik sistemi bir mərkəzdən aparılmalıdır. Odur ki, hesab edirəm ki,  Naxçıvanın sovet dövründə bünövrəsi qoyulmuş muxtar respublika statusunun ləğv edilməsi zəruridir. Son dövrdə baş verənlər də sübut etdi ki, bir mərkəzdən idarəçilik daha doğrudur... Və statusun ləğv olunması üçün ölkə üzrə referendum keçirilməli və Konstitusiyada dəyişiklik edilməlidir”- deyə sabiq baş prokiuror vurğulayıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!