Naxçıvanın yeni naziri vətəndaşları qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın yeni naziri vətəndaşları qəbul etdi

Siyasət

02 Yanvar 2023 16:11 901


Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov qəbula gələn vətəndaşların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qəbul üçün müraciət edən vətəndaşlar muxtar respublikanın daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov tərəfindən qəbul edilir. Toyuqlu pizza

Qeyd olunub ki, bütün müraciətlər diqqətlə yoxlanılır, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülür. Qəbula gələn 159 vətəndaşı dinləyən S.Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib: "Müraciətlərin əksəriyyəti yerində həllini tapıb. Elə müraciətlər var ki, araşdırma tələb edir. Həmin araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcək".

Məlumatda vurğulanıb ki, muxtar respublikanın daxili işlər naziri vətəndaş qəbullarını davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!