Qazaxıstanın keçmiş dövlət başçısı Nursultan Nazarbayevə bir sıra imtiyazlar və səlahiyyətlər verən qanunun ləğv edilməsi planlaşdırılır.
Yenisabah.az "RIA NOvosti"yə istinadla xəbər verir ki, bu barədə parlamentin aşağı palata spikeri Erlan Koşanov məlumat yayıb.
"Konstitusiyaya dəyişikliklər Elbası statusunu istisna edir. Nazarbayevin dövlətin qurucusu kimi rolu konstitusiyada qalır. Bu normanın qəbulundan sonra birinci prezident haqqında Konstitusiya qanunu da qüvvəsini itirəcək". pizza hut
Xatırladaq ki, 30 ilə yaxındır Qazaxıstana rəhbərlik edən Nazarbayev 2019-cu il martın 20-də prezident vəzifəsindən istefa verib. O, Qazaxıstanın ilk prezidenti - Elbası (millət lideri) haqqında qanunda təsbit olunmuş bir sıra səlahiyyət və imtiyazları özündə saxlayır.
Telegram kanalımız