Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkənin hazırkı lideri Kasım-Jomart Tokayevə hakim Nur Otan partiyasının lideri postunu təhvil verəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay öz Tvitter hesabında məlumat yayıb.
“Siyasi Şuranın genişləndirilmiş iclasında Nursultan Nazarbayev “Nur Otan” partiyasının sədrinin səlahiyyətlərini xələfinə ötürmək qərarına gəlib, partiyaya ölkə prezidentinin rəhbərlik etməli olduğunu vurğulayıb. Səlahiyyətlərin ötürülməsi proseduru partiyanın nizamnaməsinə uyğun olaraq həyata keçiriləcək”, - deyə Ukibay qeyd edib. Dominos pizza
30 ilə yaxındır hakimiyyətdə olan Nursultan Nazarbayev 2019-cu ilin martında Qazaxıstan prezidenti vəzifəsindən istefa verib. O, xalqın lideri (Elbaşı) titulunu daşıyır, həm də ömürlük Təhlükəsizlik Şurasının rəhbəri olaraq qalır.
2021-ci ilin aprelində Nazarbayev ömürlük Qazaxıstan Xalqları Assambleyasının (ANK) rəhbəri postunu Tokayevə ötürmək qərarına gəlib.
Telegram kanalımız