Nazir 104 nəfərə vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir 104 nəfərə vəzifə verdi

Sosial

22 Fevral 2019 03:46 798


Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin ilkin yerləşdirmə nəticələri açıqlanıb.

“Yeni Sabah” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2018-ci ilin noyabr ayında elan edilən müsabiqə 4 mərhələdə keçirilib. Müsabiqəyə ölkə üzrə 604 vakansiya çıxarılıb. 

Müsabiqədə iştirak üçün müraciət etmiş şəxslərdən 1576 nəfərin elektron ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə (imtahan mərhələsi) buraxılıb. Bu mərhələyə qatılan 1412 nəfərdən 730-u müsabiqənin sonuncu mərhələsində - müsahibədə iştirak edib. pizza sifarişi

5 dekabr 2018-ci il - 26 yanvar 2019-cu il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə əsasən, 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb. 

Müsabiqədə uğur qazanan namizədlər fevralın 25-dən öz vəzifələrinin icrasına başlayacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!