“Nazir dəyişəndə bu xanıma başqa vəzifə versinlər“

saytların hazırlanması

Evə çatdırılma

“Nazir dəyişəndə bu xanıma başqa vəzifə versinlər“

Sosial

09 Aprel 2019 21:45 906


"Xarici İşlər nazirliyinin mətbuat katibləri hər zaman yüksək peşəkarlığı və əlçatımlılığı ilə fərqlənib. Onlar bizlərdən bir zəng məsafəsində olublar. Özü də ilk kontakt təşəbbüsü onlardan gəlib".

"Yeni Sabah"ın məlumatına görə, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. O, sözlərinə belə davam edib:

"Hazırda keçmiş mətbuat katiblərindən bir neçəsi səfir və sonuncusu – Hikmət Hacıyev Prezident Administrasiyasında işləyirlər. Onların hamısı ilə günü bugün də telefon və vatsap əlaqələrimiz qalır. Son mətbuat katibi – Leyla Abdullayeva isə istisnadır. Əminəm ki, Leyla xanım bizi sözün bütün mənalarında heç tanımır da. Sezar pizza

Təklif edirəm, keçmiş mətbuat katiblərindən hər hansı biri yaxın aylarda yeni xarici işlər nazirimiz təyin ediləndə, bu xanımı daha yüksək vəzifəyə, sevdiyi bir işə keçirsinlər. Burada əziyyət çəkir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!