Nazir əmr imzaladı -   Rövşən Əhmədov müdir təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Nazir əmr imzaladı - Rövşən Əhmədov müdir təyin edildi

Siyasət

18 Mart 2026 17:00 1042


Müdafiə Sənayesi Nazirliyində yeni kadr təyinatı olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Əliağa oğlu Əhmədov nazirliyin Ümumi şöbəsinin müdiri təyin edilib. O, bundan əvvəl həmin şöbənin müdir müavini vəzifəsində işləyib. pizza

Qeyd edək ki, Prezident İlham Əliyevin 21 iyun 2025-ci ildə imzaladığı Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamla R.Əhmədov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!