Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə   YENİ TƏYİNAT

saytların hazırlanması

Evə çatdırılma

Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə YENİ TƏYİNAT

Siyasət

07 Fevral 2026 16:13 3838


Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub. 

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.  pizza

O, artıq vəzifəsinin icrasına başlayıb.

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!