Sosial şəbəkələrdə XİN-in Protokol İdarəsinin rəisinin işdən çıxarılmasına dair məlumat yayılıb.
Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol İdarəsinin rəisi Ramil Rzayev vəzifəsindən azad edildiyi iddia olunur.
Nazirlikdən bildirilib ki, XİN-də daxili rotasiya olub: “Bu işdən çıxarılma deyil, daxili rotasiyadır. Ramil Rzayev başqa idarənin rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən başlayacaq”. pizza hut
Telegram kanalımız