Nazir müavinləri vətəndaşlarla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavinləri vətəndaşlarla görüşdü

İqtisadiyyat

06 Mart 2020 17:58 626


Martın 6-da İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Tovuzda, Sahib Məmmədov isə Samuxda vətəndaşları qəbul ediblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, qəbula gələnlərin müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, heyvandarlıq və bağçılıq təsərrüfatlarının yaradılmasına dəstək göstərilməsi, sosial və sair məsələlərlə bağlı olub. Müraciətlər dinlənilib, bir sıra məsələlər yerindəcə həll olunub, digərləri barədə aidiyyəti üzrə tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!