Nazir Tamara Sinyavskayaya “Şərəf” ordenini təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir Tamara Sinyavskayaya “Şərəf” ordenini təqdim etdi

Mədəniyyət

26 Avqust 2022 20:35 2068


Azərbaycanın mədəniyyət naziri Anar Kərimov avqustun 26-da böyük sənətkar, vokal sənətinin unudulmaz səsi Tamara Sinyavskayaya "Şərəf" ordenini təqdim edib.

Mədəniyyət Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, nazir görkəmli opera müğənnisinə gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə dövlət başçısına dərin təşəkkürünü bildirib. Pepperoni pizza

Sonda böyük sənətkarla xatirə şəkli çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!