Nazir terror qurbanlarını andı

saytların hazırlanması

Evə çatdırılma

Nazir terror qurbanlarını andı

Sosial

30 Aprel 2019 17:26 890


Təhsil naziri Ceyhun Bayramov bu gün Azərbaycan Dövlət Neft Akademiyasında olub. 

"Yeni Sabah"ın məlumatına görə, nazir 10 il bundan əvvəl bu ali məktəbdə baş vermiş terror hadisəsi nəticəsində həlak olmuş tələbə və müəllimlərin xatirəsini anıb.

 Nazir özünün feysbuk səhifəsində də başsağlığı mesajı paylaşıb: Dominos pizza

 "Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində törədilən terror aktından 10 il keçir.

İnsan tələfatı ilə nəticələnən qanlı qətl hadisəsi zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və ailə üzvlərinə başsağlığı verirəm.

Bu məşum hadisə şiddətə, terrora yox deməyə, bizi birləşdirən insani dəyərləri daha çox bölüşməyə səsləyir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!