Nazir tərs asılmış bayrağımızı düzəltdi  -   Video

saytların hazırlanması

Evə çatdırılma

Nazir tərs asılmış bayrağımızı düzəltdi  - Video

Siyasət

06 Avqust 2019 18:27 4153


Bu gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə hər üç ölkənin fındıqçılarının gələcək fəaliyyəti və əməkdaşlığı müzakirə edilib.

“Yeni Sabah” baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb. 

Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib.  Sezar pizza

Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb. 

Qeyd edək ki, rəsmi görüş və tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı öhdəlikləri tədbirin keçirildiyi dövlətin protokol şöbəsi məsuliyyət daşıyır.

Xatırladaq ki, Azərbaycan bayrağının tərs asılması halı dəfələrlə baş verib. Lakin bu ilk belə haldır ki, tədbirlərdə iştirak edən rəsmi şəxslər onun tərs asıldığını hiss edir və düzəldir.

Tədbir zamanı lentə alınan görüntüləri diqqətinizə çatdırırıq:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!