Nazirə “pul ver” desəniz, ağlayacaq - Putin

saytların hazırlanması

Evə çatdırılma

Nazirə “pul ver” desəniz, ağlayacaq - Putin

Maraqlı

30 Noyabr 2023 12:13 742


"Maliyyə naziri Anton Siluanov əlavə büdcə xərclərinə dair təkliflərə görə "ağlayacaq". 

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Gənc Alimlərin III Konqresinin iştirakçıları ilə görüşündə deyib. 

Tədbir zamanı dövlət başçısından “Puşkin kartı”na bənzətməklə “Mendeleyev kartı”nın funksional imkanlarının genişləndirilməsi imkanları barədə düşünməsi xahiş olunub. Putin cavabında aydınlaşdırıb ki, xərcləri özəl şirkətlər öz üzərinə götürür, "Puşkin kartı" isə büdcədən maliyyələşir. O, 2026-cı ilə qədər təsdiqlənmiş büdcəyə əlavə xərclərin daxil edilməsinin “asan olmayacağını” deyib.  Dördpendirli pizza

“İdeyanın özü yaxşıdır. Mexanizm sadədir - masanın üstündə pul olmalıdır. Maliyyə naziri Anton Siluanova deyin ki, pul ver. O saat ağlayacaq. Deyəcək ki, pul yoxdur", - deyə Putin zarafat edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!