Nazir müavini vəzifəsindən azad olunan şəxs deputatın qohumu imiş   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini vəzifəsindən azad olunan şəxs deputatın qohumu imiş - FOTO

Siyasət

27 Yanvar 2026 18:56 1987


Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad edilib.

"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, işdən çıxarılan nazir müavini S.Cəfərov deputat Kamal Cəfərovun əmisi oğludur.

Qeyd edək ki, Sarvan Cəfərov 2018-2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi və müşaviri olub. 2020-ci ilin mart ayından nazirlikdə aparat rəhbəri vəzifəsində işləyib. Həmin ilin iyul ayından isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib. pizza sifarişi

Xatırladaq ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib. Bununla bağlı müvafiq sərəncamlar imzalanıb. Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçilik şöbəsinin müdiri Seymur Səfərli nazirin müavini vəzifəsinə təyin olunublar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!