Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad olunub.
“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
1985-ci il təvəllüdlü S.Cəfərov Azərbaycan Prezidentinin 2020-ci il 30 iyul tarixli sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilmişdi. pizza
Dövlət başçısının digər sərəncamları ilə Zaur Əliyev və Seymur Səfərli kənd təsərrüfatı nazirin müavinləri təyin ediliblər.
Z.Əliyev indiyədək kənd təsərrüfatı nazirinin müşaviri, S.Səfərli isə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıblar.
Bununla da kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 4-ə çatıb. Bunlar İlhamə Qədimova, Elçin Zeynalov, Zaur Əliyev və Seymur Səfərlidir.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 26-da “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Nazim Hacıyev
Telegram kanalımız