Nazirlər Kabineti bu qaydaya dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər Kabineti bu qaydaya dəyişiklik etdi

Sosial

12 Avqust 2020 23:28 791


Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında ali attestasiya orqanı – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həyata keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan “Elmi müəssisələrin akkreditasiyası Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Elmi müəssisələrin akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında elmi müəssisələrin akkreditasiyası qurumu - Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilirdi.  Pepperoni pizza

Eyni zamanda həmin qərarla “Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 555 nömrəli Qərarı ləğv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!