Nazirlər Kabineti səhiyyə sahəsi ilə bağlı bu qərara dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər Kabineti səhiyyə sahəsi ilə bağlı bu qərara dəyişiklik etdi

Sağlamlıq

04 Noyabr 2020 20:50 1461


Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, bu Qayda səhiyyə sahəsində qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (ödənilən cərimələrdən) toplanan və həmin Nazirliyin xüsusi hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.

İndiyə qədər ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunub. Dəyişikliyə əsasən, ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi deyil, inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunacaq. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!