Nazirlər məktublaşdı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər məktublaşdı

Siyasət

22 Mart 2019 13:59 809


Azərbaycan və Ekvador respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ekvadorlu həmkarı Xose Samuel Valesia Amoresə təbrik məktubu ünvanlayıb.

XİN-dən "Yeni Sabah"a verilən məlumata görə, məktubda Elmar Məmmədyarov dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaratdığını qeyd edib.

Nazir tənzimlənməsi BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsbit olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli üzrə Ekvadorun dəyərli dəstəyini vurğulayıb. Sonda Elmar Məmmədyarov hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib. Toyuqlu pizza

Xose Samuel Valesia Amores də, öz növbəsində, məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. Məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olunmasına və iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilib. Daha sonra Ekvador xarici işlər naziri Azərbaycan höküməti və xalqına ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlər 2004-cü il martın 22-də qurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!