Nazirlik direktorla bağlı ittihamlara cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik direktorla bağlı ittihamlara cavab verdi

Sosial

15 Aprel 2019 21:16 873


Təhsil Nazirliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib.

"Yeni Sabah"ın məlumatına görə, nazirliyin mətbuat xidmətnin rəhbəri Cəsarət Valehov qeyd edib ki, ötən gün Leyla Ucalın şəxsi “Facebook” səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib:

"Qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək. Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər etmiş, orada olan vəziyyətlə bilavasitə özləri tanış olmuş və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər. Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib". Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!