Nazirlik ehtiyatda olan hərbi vəzifəlilərlə bağlı məlumat yaydı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik ehtiyatda olan hərbi vəzifəlilərlə bağlı məlumat yaydı - Foto

Siyasət

21 May 2023 14:27 1611


Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib. Sezar pizza

Tədbirdə ehtiyatdan çağırılan hərbi vəzifəlilərə vətənpərvərlik mövzusunda konsert proqramı təqdim olunub.

Keçirilən tədbir şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.

Sonda hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!