Nazirlik elan etdi: Laçında ilk dəfə

Nazirlik elan etdi: Laçında ilk dəfə

Bölgə Veb saytların hazırlanması

15 Sentyabr 2023 18:30 661


Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, şəhərin Seyrəngah ərazisində təşkil olunacaq yarmarkada 20 müəssisə üzrə 130 vakansiya təqdim ediləcək.

Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən sentyabrın 20-də Laçın şəhərində ilk dəfə əmək yarmarkası təşkil ediləcək.

Şəhərin Seyrangah ərazisində təşkil olunacaq məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 130 vakansiya təqdim ediləcək.

Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə də ətraflı məlumatlar veriləcək.

Yarmarka saat 10:00-dan 13:00-ə kimi davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!