Nazirlik Əməkdar artist Tünzalə Əliyevanın dəfn xərclərini qarşılayacaq

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Əməkdar artist Tünzalə Əliyevanın dəfn xərclərini qarşılayacaq

Mədəniyyət

22 Yanvar 2023 18:23 1856


Əməkdar artist Tünzalə Əliyevanın vida mərasimi və dəfn xərclərini Mədəniyyət Nazirliyi qarşılayacaq.

Yenisabah.az xəbər verir ki, aktrisanın ailə dostu Yusif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi sabah saat 11.00-da Heydər məscidində təşkil olunacaq: pizza

“Sabah Heydər məscidində vida mərasimi olacaq. Ondan sonra dəfn üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq. Onu da qeyd edim ki, bütün vida və dəfn xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq. Mən bütün sənət dostlarımız adından bu təşəbbüs üçün Mədəniyyət Nazirliyi rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!