Nazirlik ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaydı

Kriminal

02 Aprel 2019 18:11 1096


Daxili İşlər Nazirliyi aprelin 1-də Bakıda iki nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. 

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, Nəsimi rayonunun R.Behbudov küçəsində Bakı şəhər sakini Ramiz Əmiraslanov idarə etdiyi “MG” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Valəddin Niyazovu, onun oğlu Seymuru, Naxçıvan şəhər sakini Təminə Rüstəmovanı və Gəncə şəhər sakini Xanım Quliyevanı vurub və idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanacaqda dayanmış “Baku-Bus” MMC-yə məxsus “İveco” markalı 5 saylı avtobusa çırpılıb.

R.Əmiraslanov və T.Rüstəmova hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş S.Niyazovun vəziyyəti ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir. Marqarita pizza

Avtobusun arxa hissəsinə qismən ziyan dəyib, xəsarət alan olmayıb.

Nəsimi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!