Nazirlik vergi ödəyicilərinə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik vergi ödəyicilərinə təşəkkür etdi

İqtisadiyyat

11 Yanvar 2020 09:01 779


11 yanvar bütün dünyada Beynəlxalq Təşəkkür Günü kimi qeyd olunur. Bununla əlaqədar, Azərbaycanda ilk dəfə olaraq, Vergilər Nazirliyi sosial şəbəkələr vasitəsilə vergi ödəyicilərinə təşəkkür edib.  Dördpendirli pizza

"Yeni Sabah"ın məlumatına görə, Nazirliyin Media və kommunikasiya idarəsindən bildiriblər ki, vergi mühitinin sağlamlaşdırılması, vergi ödəyicilərinin hüquqlarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi və "kölgə iqtisadiyyatı"nın azaldılması istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər vergi ödəyicilərinin vergi öhdəliklərini daha yaxşı yerinə yetirməsinə imkan yaradır. Bununla əlaqadər, vergi ödəyicilərinə öz öhdəliklərinə vicdanla yanaşdıqlarına görə təşəkkür edən nazirlik vergilərin vaxtında və dürüst ödənilməsinin ölkə iqtisadiyyatının daha da güclənməsinə xidmət etdiyini xatırladır.

  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!