Nazirlik yataqxanadakı yanğınla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik yataqxanadakı yanğınla bağlı məlumat yaydı

Sosial

10 Aprel 2019 19:16 891


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğınla bağlı məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda Səhiyyə Nazirliyinin balansındakı, hər mərtəbəsi 1000 kv.m olan üçmərtəbəli xəstəxana (hazırda fəaliyyət göstərmir) binasının (məcburi köçkünlər məskunlaşıb) 3-cü mərtəbəsində dəhlizə yığılmış ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göndərilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!