Nazirlikdən Ənvər Həsənovla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən Ənvər Həsənovla bağlı açıqlama

Mədəniyyət

01 Sentyabr 2022 23:27 2206


Xalq artisti Ənvər Həsənovun səhhəti ilk gündən Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, ailəsi və həkimləri ilə mütəmadi olaraq danışıqlar aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya nazirlikdən bildirilib.

“Xəbər verildiyi kimi, bir neçə gün öncə Ənvər Həsənovun səhhətində problem yaranıb və o, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Götürülmüş test nəticələrinə əsasən Ə.Həsənovda COVID-19 virusu aşkarlandığına görə, hazırda Xalq artistinin müalicəsi karantin qaydalarına uyğun olaraq davam etdirilir. Ailəsinin də razılığına əsasən COVID-19 ilə bağlı müalicəsi və karantin müddəti başa çatdıqdan sonra Ə.Həsənovun səhhətində ola biləcək hər hansı başqa xəstəliklər və narahatlıqlarla əlaqədar onun digər klinikalarda müayinəsi və müalicəsi ilə bağlı nazirlik tərəfindən lazımi tədbirlər görüləcək”, - məlumatda deyilir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!