Nazirlikdən Qubada baş verən yanğınla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən Qubada baş verən yanğınla bağlı açıqlama

Hadisə

11 Mart 2020 18:12 675


"Quba rayonunun Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil, yerli əhaliyə məxsus pay torpaqlarıdır. Lakin meşəyə yaxın ərazilərdə baş verən yanğınların meşə sahəsinə keçmə ehtimalı olduqca böyükdür".

Bunu "Yeni Sabah"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Nazirliyin sözçüsü qeyd edib ki, dəfələrlə əkin və biçənək sahələrinə od vurulması səbəbindən yanğın meşə sahələrinə keçib: “Fermerlərdən və kənd təsərrüfatı ilə məşğul olan bütün vətəndaşlardan tələb olunur ki, meşə yanğınlarına səbəb olacaq hallara yol verməsinlər”. Dördpendirli pizza

İ.İbrahimova vurğulayıb ki, meşə sahələrində yanğına səbəb olan hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!