Bəzi KİV-lərdə Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Mehriban Qurbanovanın çətin vəziyyətdə yaşadığı, ünvanlı dövlət sosial yardımı ala bilməməsi barədə məlumat yayılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovun "Yeni Sabah"a verdiyi məlumata görə, nazirliyin əməkdaşları ailə üzvləri ilə görüşərkən müəyyən olunub ki, ailəyə artıq fevralın 1-dən aylıq 161 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilib və bu barədə sms bildiriş göndərilib: "Lakin onun mobil telefonu təmirdə olduğundan bu bildirişdən xəbəri olmayıb. Görüş zamanı ailəyə sosial yardımını alması üçün bank filialından ödəniş kartını götürməsi tövsiyə olunub".
Nazirliyin rəsmisi bir daha vətəndaşların nəzərinə çatdırıb ki, ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün elektron qaydada müraciət olunur və sosial yardımın təyinatı da elektron sistem vasitəsilə aparılır. pizza mizza
Telegram kanalımız