Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb 

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin sabiq şöbə müdiri İngiltərədə qəsr alıb 

Hadisə

15 Aprel 2022 18:55 8149


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri Elnur Süleymanov İngiltərədə mülk alıb.

“Yeni Sabah”ın məlumatına görə, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

O bildirib ki, 2016-2020-ci illərdə nazirlikdə şöbə müdiri işləmiş E.Süleymanov İngiltərədə 350 illik tarixi olan binanı (hotel) 1,4 milyon funt sterlinq (3 milyon manatdan artıq) vəsait ödəyərək alıb. Hotel onun həyat yoldaşının adına rəsmiləşdirilib. Sezar pizza

Məlumatda həmçinin qeyd edilib ki, sabiq şöbə müdirinin Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində də daşınmaz əmlak şirkəti var.

Xatırladaq ki, E.Süleymanov 2013–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun vaxtında işləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!