Nazpəri Dostəliyeva 41 yaşında ölən oğlundan yazdı

saytların hazırlanması

Evə çatdırılma

Nazpəri Dostəliyeva 41 yaşında ölən oğlundan yazdı

Mədəniyyət

22 Mart 2022 11:14 938


Xalq artisti Nazpəri Dostəliyevanın böyük oğlu Əli Quliyevin vəfatından bir il ötür.

Sənətçi instaqram hesabında bununla bağlı paylaşım edib. O, mərhum oğlunun şəkillərindən ibarət video yerləşdirib.

İfaçı paylaşımına bunları da əlavə edib: Marqarita pizza

"Sən həmişə mənimləsən. Bir il sənsiz yaşadığım iztirabli günlər... Verən də Allah, alan da Allahdır. Verdiyinə şükür, aldığına səbr edirəm, ürəyimdəki acı sönməyəcək, amma səbrli olacam! Şəhidlərimizin məkanı cənnət olsun. Ey igid övlad həsrəti ilə yanan yaralı analar, səbrli olun səbr edək".

Xatırladaq ki, Xalq artistinin 41 yaşlı övladı ürək çatışmazlığından dünyasını dəyişib. Nazpəri Dostəliyevanın Əlidən başqa Əkbər adlı daha bir oğlu da var. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!