Xəbər verdiyimiz kimi, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanda öz gəlirlərini 3 il ərzində innovasiya sahəsinə yönəldən fərdi sahibkarların, müəssisələrin gəlirlərinin mənfəət vergisindən tamamilə azad olacağını açıqlayıb.
Nazirliyin bu barədə qərarını “Yeni Sabah”a şərh edən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu tip startap layihələrin Azərbaycanda inkişaf etdirilməsi üçün elmlə istehsalat arasında bir körpü yaradılmalıdır.
“Bu gün Elmlər Akademiyasında çox istedadlı, dünyagörüşlü elmə töhvə verən insanlar var ki, istehsalatda biz ondan istifadə edə bilmirik. Yəni, bu proses Azərbaycanda getmir. Bu qərarın verilməsi müsbətdir. Amma bu qərarın işləməsi üçün ölkədə baza yoxdur. Məsələn, “iPhone” şirkəti elmi istiqamətdə araşdırmalar aparan alimləri öz yanına topladı. Nəticədə də dünyayı özünə cəlb edən layihə hazırladı. Məhz o mütəxəssislər alim adına layiqdirlər. Azərbaycanda da belə istedada sahib insanlar var. Çünki dünyanın istənilən yerində doğulan əhalinin 5-7% istedadlı olur. Bu gün elə layihələr həyata keçirmək lazımdır ki, həmin insanlar istedadlarını püxtələşdirib, öz əməklərini ölkəmizin iqtisadiyyatının inkişafı istiqamətində qoysunlar. Dördpendirli pizza
Bunun üçün müəyyən layihələr həyata keçirilməlidir. Nə üçün alim AMEA-da oturub maaşının azlığından şikayət etməlidir? Düşünülməli olan layihələr kifayət qədər çoxdur. Sən əgər həqiqətən alimsənsə, öz elminlə müəyyən bir layihə ortaya qoyub, milyonlar qazanmalısan. Bu baxımdan startapı bir stimul kimi təqdir edirəm, amma əvvəlcə istehsalatla elm arasında körpünün təməli qoyulmalıdır".
Ekspert vergidən azad olunmağın innovasiya sahəsinə elə də böyük təsiri olmayacağını bildirib:
"Mən düşünmürəm ki, bu qərar gələcəkdə hər hansı bir irəliləyişin əldə olunmasına səbəb olacaq. Digər bir səbəb də ümumi bəlamız olan rəqabətsizlik, monopoliya, inhisarçılıqdır. Amansız rəqabət olanda özəl şirkətlər rəqiblərinə uyğun performans göstərirlər. Hər şeyə əl atırlar. Əl atılan vasitə elm olanda şirkət udur, heç vaxt uduzmur. Azad rəqabət şəraiti yaradılsa, bu qərar tezliklə öz səmərəsini verər”.
Sabrina Eldarqızı
Telegram kanalımız