Nə üçün duanın ardından Amin deyirlər? -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Nə üçün duanın ardından Amin deyirlər? - SƏBƏB

Maraqlı

12 Mart 2021 12:06 1262


Amin sözü həm xristianların, həm müsəlmanların, həm də yəhudilərin Allaha dua etdikdən sonra işlətdiyi sözdür. Necə olub ki, bütün dinlərdə Allaha müraciətdən sonra Amin sözü işlədilməyə başlanılıb? Amin nə deməkdir? Nə üçün bu söz müxtəlif dinlərdən olan milyardlarla insan üçün eynidir?

Yenisabah.az-ın məlumatına görə, tarixçilər və dilçilər "amin" sözünün ibrani mənşəli olduğunu iddia edirlər. Əvvəllər razılıq əlaməti bildirirdi. Üstəlik, çox duyğusal, inam və ümidlə ifadə edilirdi.

Xidmət zamanı din xadimi möminlərə bir növ təsdiqlə müraciət edirdi və onlar Amin deməklə razılaşırdılar. “Amin!” sözü “Həqiqətən də belədir!”, “Bəli, belədir!”, “Qoy belə olsun!” kimi tərcümə edilə bilər. pizza

İndiyə qədər müasir ibrani dilində və ərəb dilində -“amn” kökü möhkəmlik, inam, doğruluq mənalarında istifadə olunur.

Yəni, iman edənlər bu sözlə həm din xadiminin sözləri ilə razılıqlarını təsdiqləyir, eyni zamanda Allaha olan inamlarının güclərini nümayiş edirlər.

Bütün fərqliliklərə baxmayaraq, yəhudilər, xristianlar və müsəlmanlar hamısı bir Tanrıya ibadət edirlər. Bu səbəbdən də hər üç dində "Amin" sözü eyni mənada işlənir.

 Amin sözü daim müqəddəs bir and kimi işlədilib deyə tərcüməçilər bu sözə toxunmaq istəməyiblər və nəticədə Amin sözü elə yarandığı ilkin formada qalıb. (İkisahil.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!