Nə üçün koronavirus daha çox kişiləri öldürür?

saytların hazırlanması

Evə çatdırılma

Nə üçün koronavirus daha çox kişiləri öldürür?

Sağlamlıq

21 Avqust 2021 07:46 1810


Kişilərdə, hormonal sistemin xüsusiyyətlərinə görə, koronavirusdan ölmə ehtimalı qadınlardan daha yüksəkdir.

Bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok Ura.ru saytına müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır. Pepperoni pizza

“Onlarda antikor istehsalının səviyyəsi bir qədər aşağıdır”, - deyə mütəxəssis qeyd edib.

Bolibok qadınların immunitet sisteminin virusa təsir etdiyini, anticismlərin yoluxmuş hüceyrələrə nüfuz etməsinin daha asan olduğunu vurğulayıb.

“Bu qadına xas xüsusiyyətin digər tərəfi də var – onlarda anticismlər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərə daha çox rast gəlinir”, - deyə o əlavə edib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!